Çox şirindir Ana dilim | Gözəl Ana dili şeiri

ÇOX ŞİRİNDİR ANA DİLİM

(Ana dili haqqında şeir)
 
Xalçaların naxışıdır,
Nurlu bulaq axışıdır,
Dədə Qorqud alqışıdır,
Şadlıq etsin Oğuz elim.
Çox şirindir ana dilim.

Ana südü qədər təmiz,
Dilim mənə candan əziz.
Qoymaq üçün dünyada iz,
Şən şeirlər yazır əlim,
Çox şirindir ana dilim.

O, mənim saf məhəbbətim,
Şirin, şəkər, bal, şərbətim.
Yoxdur sözə qənaətim,
Tükənməyən varım, ləlim,
Çox şirindir ana dilim.
Müəllif: Qalib Bəyməmmədoğlu




Ana dili seiri Ana dilinə aid şeir ana dilim
 

0 şərh